Son dəqiqə

Türkiyə Ukrayna Hulusi Akar Oleksiy Reznikov

Ankara Ukraynada tezliklə atəşkəsin tərəfdarıdır - Hulusi Akar

Bakı. TurkicWorld:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı baş tutub.

TurkicWorld nazirliyə istinadla xəbər verir ki, H.Akar söhbət əsnasında Ukraynada tezliklə atəşkəsin vacibliyini vurğulayıb.

Həmsöhbətlər Ukrayna limanlarında gözləyən türk ticarət gəmilərinin, həmçinin Kiyev hava limanında qalan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki A400M hərbi-nəqliyyat təyyarəsinin salamat geri qayıtması mövzülarına toxunublar.

Türkiyəli nazir vurğulayıb ki, Ankara humanitar yüklərin Ukraynaya çatdırılması üçün səylərini davam etdirməyə hazırdır.

Mövzuya görə xəbərlər