Son dəqiqə

Türkiyə Ukrayna Hulusi Akar Oleksiy Reznikov

Hulusi Akar ukraynalı həmkarı ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti öz "Twitter" səhifəsində yazıb.

H.Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təxliyyəsinin təcili olduğunu vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri dərhal atəşkəs elan edilməsinin vacibliyini də qeyd edib.

Bundan əlavə, nazir Ukrayna limanlarında yerləşən türk ticarət gəmilərinin təhlükəsiz geri qayıtmasının vacibliyini qeyd edib.

Hulusi Akar bildirib ki, Ankara bundan sonra da Ukrayna xalqına hər cür humanitar yardım göstərməyə hazırdır.

Mövzuya görə xəbərlər