Son dəqiqə

Azərbaycan Pakistan Məhəmməd Şahbaz Şərif

Prezident İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif

BAKI, TurkicWorld

Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim.

TurkicWorld xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.

Mövzuya görə xəbərlər