Xarici İşlər Nazirliyi Ceyhun Bayramov səfər BƏƏ

Ceyhun Bayramov BƏƏ-yə işgüzar səfərə gedib

Bakı. TurkicWorld:

7 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Abu Dabi şəhərində bir sıra yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər