Türkiyə ABŞ Ekrem İmamoğlu Hakan Fidan Marko Rubio

Türkiyədə qeyri-sabitlikdən narahatıq-ABŞ dövlət katibi Rubio

BAKI,TurkicWorld

ABŞ Türkiyədə son siyasi hadisələr və etirazlardan narahatlığını ifadə edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan etirazlarla bağlı açıqlama verib.

O, “Vaşinqton Türkiyədə olan qeyri-sabitlikdən narahatdır” deyərək, prezident Rəcəb Tayyib Ərdoğanla əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib.

Belə ki, Rubio Vaşinqtonda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Görüşdən sonra Dövlət Departamenti son həbslər və etirazlarla bağlı narahatlığını ifadə edib. Rubio jurnalistlərə açıqlamasında Türkiyə hökumətinin mövqeyini dinlədiklərini və siyasi motivli olduğu iddialarını da nəzərə aldıqlarını vurğulayıb. O, həmçinin Türkiyənin NATO çərçivəsində mühüm tərəfdaş olduğunu və Suriyada əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, görüş ABŞ-Türkiyə münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son hadisələrin fonunda keçirilən bu görüşdə müdafiə sənayesi əməkdaşlığı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Mövzuya görə xəbərlər