Azərbaycan Türkiyə Əli Əsədov Birol Akgün

Əli Əsədov Türkiyənin ölkəmizdəki səfiri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən TurkicWorld-ə verilən məlumata görə, Baş nazir B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Mövzuya görə xəbərlər