Son dəqiqə

Azərbaycan Zakir Həsənov Slovakiya Müdafiə Nazirliyi Robert Kalinak Azərbaycan Slovakiya münasibətləri Bratislava Hərbi Əməkdaşlıq

Azərbaycan müdafiə naziri Slovakiyaya rəsmi səfər edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Bu barədə TurkicWorld Müdafiə Nazirliyindən məlumat verilib.

Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra Azərbaycanın müdafiə naziri onun şərəfinə düzülmüş qarovul dəhlizindən keçib.

General-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra general-polkovnik Z.Həsənov Xatirə kitabını imzalayıb.

Mövzuya görə xəbərlər