Son dəqiqə

Azərbaycan Mərkəzi Bankı

Azərbaycan və Türkiyə arasında bank-sığorta əməkdaşlığı müzakirə edilib

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə bank, eləcə də sığorta sektoru üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasının Bank Tənzimləmə və Nəzarət Qurumu və Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfərdə olub.

Səfər çərçivəsində bank və sığorta sektorunda ƏL/TMM sahəsində risklərin qiymətləndirilməsi, nəzarət tədbirlərinin, o cümlədən yerində və kənardan yoxlamaların həyata keçirilməsi metodologiyası, risk-əsaslı nəzarət yanaşması, bu istiqamətdə sanksiyaların tətbiqinə dair geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər