İsrail və Türkiyə arasında əməkdaşlıq bölgəyə fayda verəcək - İshaq Hersoq

İsrail və Türkiyə arasında əməkdaşlıq bölgəyə fayda verəcək - İshaq Hersoq

İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, bütün bölgənin xeyrinə olacaq.

TurkicWorld xəbər verir ki, bunu İsrail prezidenti İshaq Hersoq Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail və Türkiyə əməkdaşlıq edə bilər və etməlidir.

"Məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün zəmin yaratmaqdır", - İ. Hersoq bildirib.

Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.