İsrail prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfər edib

İsrail prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfər edib

İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə rəsmi səfəri başlayıb.

TurkicWorld-un məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində İ.Hersoq bir sıra rəsmilərlə, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında müxətlif sahələr üzrə ikitərəfli münasibətlər, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İ.Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidenti olub.

Qeyd edək ki, İshaq Hersoq 2021-ci ilin iyulunda prezident seçilib.