Bu günə qədər 4 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib - XİN

Bu günə qədər 4 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib - XİN

Ukraynada yaşayan azərbaycanlıların ölkəyə təxliyə edilməsi diqqət mərkəzindədir.

TurkicWorld-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna hava məkanı bağlı vətəndaşlar yalnız quru yoldan istifadə edərək Polşa, Moldova, Slovakiya ilə sərhəddə gəlmək imkanları var idi.

"Bu günə qədər 4 minə yaxın azərbaycanlının qeyd olunan istiqamətlərdə sərhəddi keçməsi müşahidə edilb", - deyə o əlavə edib.