Cənub Qaz Dəhlizinin genişlənməsi prosesinə necə başlamağı qərarlaşdırmaq lazımdır - ABŞ səfiri

Cənub Qaz Dəhlizinin genişlənməsi prosesinə necə başlamağı qərarlaşdırmaq lazımdır - ABŞ səfiri

Cənub Qaz Dəhlizinin genişlənməsi prosesinə necə başlamağı qərarlaşdırmaq lazımdır.

TurkicWorld-un məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

"Avropada qaz çatışmazlığı ilə əlaqədar enerji mənbələrinin şaxələndirilməsi üzrə addımlar atmaq lazımdır və Cənub Qaz Dəhlizi bu məsələdə rol oynaya bilər. Cənub Qaz Dəhlizi öz gücünü ikiqat artıra bilər, bunun üçün isə vaxt və investisiyalar lazımdır. Amma fikrimcə, artıq bu prosesi necə başlamağı qərarlaşdırmağın vaxtı çatıb", - deyə səfir bildirib.

Səfir qeyd edib ki, Trans-Xəzər boru kəməri Türkmənistanın nəhəng qaz ehtiyatlarının üzə çıxarılması və dünya bazarlarına çatdırılması üçün vasitədir.

"Biz Avropaya qaz tədarükünün artırılması üçün bütün imkanlara açığıq. Həcmin böyük hissəsi Azərbaycandan tədarük edilir. Bu, həm Azərbaycan, həm Avropa, həm də ABŞ üçün yaxşıdır", - E.Litsenberger deyib.