Azərbaycanın daha geniş coğrafi məkanda sülhü təmin etmək potensialı var - ABŞ səfiri

Azərbaycanın daha geniş coğrafi məkanda sülhü təmin etmək potensialı var - ABŞ səfiri

Azərbaycanın daha geniş coğrafi məkanda sülhü təmin etmək potensialı var.

TurkicWorld-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger deyib.

"ABŞ Azərbaycanın sadiq tərəfdaşı olaraq qalacaq. Biz inanırıq ki, Azərbaycanın təkcə regionda deyil, həm də onun hüdudlarından kənarda sülh və çiçəklənməni təşviq etmək üçün böyük imkanları var. Biz bu sahədə Azərbaycanla tərəfdaşlığı davam etdirmək istəyirik", - deyə o bildirib.