Son dəqiqə

Qoşulmama Hərəkatı Fərid Cəfərov

Azərbaycanda Qoşulmama Hərəkatının modeli simulyasiya ofisinin yaradılması üzrə işlər aparılır

Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərəkatının modeli simulyasiyası üzrə daimi ofisin yaradılması üzərində işlər aparılır.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ADA Universitetində keçirilən Qoşulmama Hərəkatının Modeli Simulyasiyası konfransında deyib.

O bildirib ki, Fond Azərbaycanda gənclərin inkişafı üzrə müxtəlif təşkilatları dəstəkləməkdə davam edir.

"Hazırda biz XİN-in dəstəyi ilə azərbaycanlı gənclər üçün təcrübə proqramlarının artırılması üzərində işləyirik", - deyə o bildirib.

Mövzuya görə xəbərlər