Son dəqiqə

Hikmət Hacıyev

Azərbaycan və Ermənistan arasında açıq qalan məsələlərə işçi qaydada baxılmaqdadır - Hikmət Hacıyev

Bakı, TurkicWorld

İki ölkə arasında müəyyən açıq qalan mübahisə xarakterli məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh məsələsi artıq rutin xarakter daşıyan bir prosesdir:

"Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan silahlı, işğalçı qüvvələri də Azərbaycan Respublikasının ərazisindən çıxarılıb. Bu kimi məsələlər artıq işçi səviyyədə, ruton səviyyədə davam edən bir prosesdir.

İki ölkənin Xarici İşlər Nazirliyi arasında da bu məsələlər müzakirə olunmaqdadır. Media müstəvisində də bu məsələlərə rutin bir prosesin tərkibi kimi baxılmalıdır".

"Artıq iki ölkə arasında müharibə faktoru yoxdur və Ermənistan qoşunları ərazilərimizdən çıxarılıb. İki ölkə arasında müəyyən açıq qalan mübahisə xarakterli məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər