Son dəqiqə

İsrail İran

İran bütün üçüncü tərəflərdən müdaxilə etməmələrini istəyir – Araqçi

Bakı, TurkicWorld

İran bütün üçüncü tərəflərdən İran və İsrail arasındakı qarşıdurmada müdaxilə etməmələri haqda xəbərdarlıq edir.

TurkicWorld-in məlumatına görə, bunu İran xarici işlər naziri Abbas Araqçı Böyük Britaniya, Fransa, Almaniya və bəzi digər ölkələrin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon söhbətində deyib.

Onun sözlərinə görə, İranın əməliyyatı artıq başa çatıb. Lakin İsrail tərəfi əvəzini çıxmaq niyyətində olarsa, İranın cavabı daha kəskin olacaq. İran gərginliyi artırmaq və müharibə aparmaq ardınca deyil. Bununla yanaşı müharibədən də qorxusu yoxdur.

Araqçi bildirib ki, İran "Həmas" liderinin Tehranda öldürülməsindən sonra 2 ay təmkinlik nümayiş etdirib. Lakin İsrailin hərəkətləri davam edib. İran isə sadəcə BMT əsasnaməsinin 51-ci müddəasına əsasən öz qanuni hüququndan istifadə edib və İsrailin təhlükəsizlik və hərbi bazalarını vurub.

İranlı nazir bir daha bütün ölkələrin bölgədə, xüsusilə də Livan və Qəzzada atəşkəsin bərpa olunması və İsrailin hücumlarının qarşısının alınması üçün səy göstərmələrini istəyib.

Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) "Doğru Vəd 2" adlı əməliyyatda İsrailə onlarla ballistik raket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlik rəsmi məmulat yoxdur.

Mövzuya görə xəbərlər