Bakı, TurkicWorld
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.