Son dəqiqə

Mərkəzi Seçki Komisiyası

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

Bakı, TurkicWorld

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.

TurkicWorld -in məlumatına görə, iclasda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilir.

Eyni zamanda, iclasda MSK-nın 9 sentyabr tarixlərində keçirilən iclaslarının protokolunun təsdiq edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər