Son dəqiqə

Mərkəzi Seçki Komisiyası Məzahir Pənahov seçkilər

Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri

Bakı, TurkicWorld

İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq.

TurkicWorld - in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Çalışmaq lazımdır ki, azad edilmiş ərazilərdəki seçki məntəqələri bir birindən çox uzaq olmasın. Həmin ərazilərdə 34 seçki məntəqəsi seçkilərə tam hazırdır. Bundan başqa, dediyimiz kimi, biz müvəqqəti – 5 günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Mövzuya görə xəbərlər