Son dəqiqə

Azərbaycan Ermənistan ABŞ

Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

Bakı. TurkicWorld:

İyulun 10-da Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında mçəlumat yayıb.

Qeyd edək ki, NATO-ya üzv 32 ölkə, tərəfdaş ölkə və Avropa İttifaqının iştirakı ilə keçirilən NATO sammiti iyulun 9-da ABŞ-ın paytaxtı Vaşinqtonda başlayıb və iyulun 11-dək davam edəcək.

“Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər