Son dəqiqə

Nikol Paşinyan Ceyms O'Brayen

Paşinyan Blinkenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

Bakı. TurkicWorld :

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, görüşdə Bakı və İrəvan arasında sülh sazişinin əldə olunması, Azərbaycanla delimitasiya mövzuları müzakirə olunub.

Qeyd edək ki, Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə iştirak etdiyi ABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində səyləri dəstəklədiyini deyib.

Mövzuya görə xəbərlər