Son dəqiqə

Ermənistan Nikol Paşinyan İran

Paşinyan İrana səfər edəcək

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Mövzuya görə xəbərlər