Bakı. TurkicWorld:
İqlim dəyişikliyi təhlükəsi insan fəaliyyəti nəticəsində istixana qazları ilə artmaqdadır.
TurkicWorld-in məlumatına görə, bunu Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai TÜRK PA-nın Bakıda keçirilən "Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusunda 13-cü Plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Macarıstanda şiddətli istilər artır və quraqlıq getdikcə daha ciddi problemlərə səbəb olur.
"Macarıstan quraqlığın qarşısının alınması istiqamətində tədbirlər görür. Ölkəmiz iqlim neytrallığına nail olmağı qarşısına məqsəd kimi qoyub. Bərpa olunan enerjinin artırılması, istixana qazlarının azaldılması da tədbirlər sırasına daxildir. Bərpa olunan enerjinin payında əhəmiyyətli bir artım var", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.