Bakı. TurkicWorld:
Minatəmizləmə texnikaları ilə bağlı onu deyə bilərəm ki, 2021-ci ildən proses başladı, istehsaldan sonra biz minatəmizləmə maşınını 4 ay sınaqdan keçirdik.
TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
"Bugünkü Revival-T və Revival P maşınları tank və piyada əleyhinə minatəmizləmədə istifadə olunur və digər texnikalardan heç də geri qalmır.
Texnikalarla yanaşı, minatəmizləmədə heyvanlardan da istifadə olunur, onlar bizim işimizin sürətlənməsinə kömək edirlər. Bu gün 8 ölkə və 8 beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir. Ancaq bu dəstək minatəmizləmə prosesinin cəmi 4,4 faizini təşkil edir",- deyə o bildirib.