Son dəqiqə

Zakir Həsənov Müdafiə Nazirliyi

Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib

Bakı. TurkicWorld:

Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Məlumata görə, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və "EFES - 2024" çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.

Mövzuya görə xəbərlər