Son dəqiqə

Serbiya Müdafiə Nazirliyi

Azərbaycan və Serbiya nümayəndələri arasında hərbi təbabət üzrə ekspert görüşü keçirilib

Bakı, TurkicWorld

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Radivoje Andelkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TurkicWorld -ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Görüşdən sonra serbiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və Hərbi Tibb Fakültəsini ziyarət edib, burada yaradılan şərait ilə yaxından tanış olub.

Mövzuya görə xəbərlər