Son dəqiqə

Nikol Paşinyan Ermənistan-Azərbaycan

Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün hesab edir

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün hesab edir.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün - Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərinin - Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.

Mövzuya görə xəbərlər