Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Ermənistan-Azərbaycan

Almatıda danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin həlli üçün çox faydalı olacaq - XİN rəhbəri

Bakı. TurkicWorld:

Almatıda danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacaq.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

"Son danışıqların mühüm elementi həm də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanması faktıdır.<...> Biz bu prosesə xüsusi diqqət yetiririk. Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik", - o deyib.

Mövzuya görə xəbərlər