Bakı. TurkicWorld:
Parlament seçkilərinin keçirilmə zamanı ilə bağlı son qərar yoxdur.
TurkicWorld xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
"Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır. Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk", - deyə o bildirib.