Son dəqiqə

Qarabağ Tahir Budaqov

Azərbaycanın azad edilmiş ərazilərində yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır - Tahir Budaqov

Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdirdi.

TurkicWorld-un məlumatıma görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır: “Müdrik siyasət nəticəsində Azərbaycanın regionada iqtisadi gücü xeyli artıb. Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Yaxın dövrdə biz Azərbaycanın güclü iqtisadi inkişafının şahidi olacağıq”.

Mövzuya görə xəbərlər