Son dəqiqə

Ermənistan-Azərbaycan

Ermənistan Azərbaycanla həmsərhəd kəndi minalardan təmizləyib

Bakı. TurkicWorld:

Ermənistanda Azərbaycanla həmsərhəd Berkaber kəndində minatəmizləmə işləri başa çatıb.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan məlumat verib.

Onun sözlərinə görə, hələlik ərazidə delimitasiya və demarkasiya işləri aparılmır.

Xatırladaq ki, aprelin 22-də errməni minatəmizləyənlər Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıb.

Aprelin 23-də Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin görülməsi üçün Bağanis-Voskepar yolunu bağlayıb.

Mövzuya görə xəbərlər