Aİ və ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb - Sergey Lavrov

Aİ və ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb - Sergey Lavrov

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) və ABŞ nəticələri özününküləşdirmək üçün Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

"2020-ci il noyabr ayından sonra imzalanmış və [Azərbaycan və Ermənistan arasında] münasibətlərin balanslaşdırılmış şəkildə normallaşmasını təmin edən 3 üçtərəfli sənəd imzalandıqdan sonra Aİ və ABŞ Rusiyanın nəticələrini özününküləşdirmək və əldə edilmiş razılaşmaları həyata keçirməsinə imkan verməmək üçün prosesə qarışmağa başladı", - deyə o qeyd edib.