Tovuzda kəşfiyyat uçuşu həyata keçirmək istəyən kvadrokopter zərərsizləşdirildi

Tovuzda kəşfiyyat uçuşu həyata keçirmək istəyən kvadrokopter zərərsizləşdirildi

Bakı. TurkicWorld:

Tovuzda kəşfiyyat uçuşu həyata keçirmək istəyən kvadrokopter zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.