Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb

Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb

Bakı. TurkicWorld:

Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni görüntülərini yayıb.

TurkicWorld xəbər verir ki, görüntülərdən məlum olur ki, gecə döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına "Harop" pilotsuz uçuş aparatından dəqiq zərbələr endirilib.

Eyni zamanda düşmənin silah-sursat anbarı "Harop" vasitəsi ilə dağıdılıb.

Gündüz döyüşləri zamanı isə ermənilərin dayaq məntəqəsi və avtomobili "Harop" vasitəsi məhv edilib.