Ceyhun Bayramov Strateji Dialoq Toplantısında iştirak edir

Ceyhun Bayramov Strateji Dialoq Toplantısında iştirak edir

Bakı. TurkicWorld:

İlk dəfə olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirlərinin "Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası" Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O qeyd edib ki, ölkələrimiz arasında çox işlər görülüb və bundan da çox işlər görüləcək.