Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən VIII Qlobal Bakı Forumunun nəticələrinin və gələcək əməkdaşlığın müzakirəsi üçün Nyu-Yorkda BMT-nın Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi cənab Miguel Angel Moratinosla görüş keçirilmişdir.

Mərkəzdən TurkicWorld-a bildirilib ki, görüş zamanı VIII Qlobal Bakı Forumunun nəticələri, iki qurumun konfliktlərin qarşısının alınması və münaqişələrin həlli istiqamətində birgə fəaliyyət göstərilməsi və, Mərkəzlə BMT-nın Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq memorandumunun imzalanması razılaşdırılıb. O cümlədən IX Global Bakı Forumu çərcivəsində birgə layihərlər keçirilməsi müzakirə edilmişdir.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Serbiyanın sabiq Prezidenti Boris Tadic, İsrailin sabiq Xarici İşlər Naziri Tzipi Livni, Ukraynanın sabiq Birinci xanımı Kateryna Yuşşenko, Gürcüstanın sabiq Baş nazirn müavini Eka Tekelaşvili, Mərkəzin Həm-sədri İsmayıl Seragəldin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov və Baş Katibin müavini İlahə İbrahimli iştirak ediblər.