Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması şərtdir - Çavuşoğlu

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması şərtdir - Çavuşoğlu

Bakı. TurkicWorld:

Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"44 günlük Vətən Müharibəsində də, indi sülh prosesində də Azərbaycanın yanındayıq. Bölgənin sabitliyi üçün tezliklə sülhün imzalanması lazımdır. Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb, bu fikri ona çatdırdım", - deyə o bildirib.