Ceyhun Bayramovun konqolu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib

Ceyhun Bayramovun konqolu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib

Bakı. TurkicWorld:

Xarici işlər naziri Ceyhun Bayramovun Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini, eləcə də, COP29-a hazırlıqları müzakirə ediblər.

xxx

12:35

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakossonu (Jean-Claude Gakosso) Azərbaycana səfəri çərçivəsində qarşılayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.