32 il əvvəl Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq - Mövlud Çavuşoğlu

32 il əvvəl Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Biz dünyanın gözü qarşısında 32 il əvvəl Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq və unutmayacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu özünün "X" sosial hesabında yazıb.

"Xocalı şəhidlərimizi bir daha rəhmətlə yad edirik. Can Azərbaycanın kədəri bizim kədərimizdir", - o bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.