Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin iclası keçiriləcək

Bakı. TurkicWorld:

Sabah Milli Məclisin iclası keçiriləcək.

TurkicWorld-ün məlumatına görə, iclas saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə Baş nazirin təyin olunması daxildir.

Qeyd edək ki, Konstitusiyanın 118-ci Maddəsinə (Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası) əsasən, Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

Xatırladaq ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.