Reza Deqati Xocalı

Xocalı üçün tam ədalət bərpa edilməlidir – Reza Deqati (ÖZƏL)

Bakı. TurkicWorld:

Xocalı üçün tam ədalət bərpa edilməlidir.

Bu sözləri TurkicWorld-a açıqlamasında tanınmış fotoqraf Reza Deqati deyib.

“Dünyanın bir çox qaynar nöqtələrində olmağıma baxmayaraq, Xocalı faciəsi bunlar arasında ən dəhşətlisi idi. Əsl çətinlik o idi ki, ermənilər informasiya müharibəsində elə bir görüntü yaratmışdılar ki, sanki qətli törədən Azərbaycan qurban isə Ermənistan idi”, – deyə o əlavə edib.

Deqati onu da qeyd edib ki, Xocalıda çəkdiyi şəkillər, hazırladığı foto-reportajlarla bağlı ona ciddi təzyiqlər olub.

“Bütün bunlara baxmayaraq, haqq sözünü dünyaya çatdırmaq jurnalistin əsas vəzifəsidir. Xocalıda çəkdiyim şəkillər, insanların müsahibəsi mənim üçün 30 il ərzində üzərimə düşən böyük bir məsuliyyət idi”, – deyə o bildirib.

“Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə 15 fevral tarixində “Reza Deghatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib.

Mövzuya görə xəbərlər