Son dəqiqə

Azərbaycan Bakı Reza Deqati

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

BAKI,TurkicWorld

4–25 yaş arası gənclər üçün nəzərdə tutulan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) beynəlxalq fotomüsabiqəsinə müraciət qəbulu elan olunub.

TurkicWorld xəbər verir ki, müsabiqə 2018-ci ildə məşhur fotoqraf Rəza Deqati təşəbbüsü və UNESCO tərəfindən yaradılıb və artıq 8-ci ildir keçirilir.

Bu ilin mövzusu “İpək Yolları boyunca yaşayan irs” adlanır. Layihənin əsas məqsədi gəncləri fotoqrafiya vasitəsilə ortaq mədəni irsi nümayiş etdirməyə, xalqlar arasında sülh, dialoq və qarşılıqlı anlayışın təşviqinə həvəsləndirməkdir.

Müsabiqədə dünyanın istənilən ölkəsindən olan gənclər iştirak edə bilər. Müraciətlərin son qəbul tarixi cari il iyunun 30-dur.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq: birinci yerin sahibinə peşəkar fotoaparat, ikinci yerə yarım-peşəkar fotoaparat, üçüncü yerə isə standart rəqəmsal fotoaparat təqdim olunacaq. Bundan əlavə, müsabiqənin ruhunu ən yaxşı şəkildə əks etdirən 60-a yaxın fotoşəkildən ibarət səyyar sərgi müxtəlif ölkələrdə nümayiş etdiriləcək. Seçilmiş işlər peşəkar fotoalbomda da nəşr olunacaq.

İştirak üçün müraciət linkindən istifadə etmək mümkündür.

Mövzuya görə xəbərlər