Son dəqiqə

Azərbaycanda Prezident Seçkiləri - 2024

Növbədənkənar Prezident seçkiləri Azərbaycan üçün böyük bir demokratik bayram idi - İƏT Baş katibin müavini

Bakı. TurkicWorld:

Biz İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Asambleyasının üzvləri olaraq Azərbaycanda növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etmişik.

TurkicWorld xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibinin müavini, heyət rəhbəri Əli Əsgər Mohammadi Sicani Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Bir çox seçki məntəqələrində müşahidələr apardıq. Birmənalı olaraq, seçkilərin çox aktiv, demokratik, şəffaf formada, prosedurlar uyğun keçdiyinin şahidi olduq. Növbədənkənar Prezident seçkiləri Azərbaycan üçün böyük bir demokratik bayram idi.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Mövzuya görə xəbərlər