Son dəqiqə

Azərbaycanda Prezident Seçkiləri - 2024

Xalqımız seçkilərə daha həvəslə və ruh yüksəkliyi ilə gedəcək - “Bakı Şəbəkəsi”nin sədri

Bakı. TurkicWorld:

Azərbaycanda bu il fevralın 7-nə təyin olunmuş prezident seçkilərinin çox böyük əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu seçkilər ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfədir ki, keçirilir.

TurkicWorld xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında “Bakı Şəbəkəsi” (“Baku Network”) Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Sahil Kərimli deyib.

O qeyd edib ki, bu seçkilərin işğaldan azad edilmiş ərazilərimizdə də baş tutması qürurlu haldır. “Əlbəttə, bu, çox böyük bir tarixi hadisədir. Eyni zamanda, bu gün Azərbaycanın dünya ictimaiyyəti qarşısında artan nüfuzu, Cənubi Qafqazda əsas və əvəzedilməz güc mərkəzi və tərəfdaş olması ölkəmizin gələcək perspektivlər baxımından rolunu daha da gücləndirir. Budəfəki seçkilər də həmişəki kimi ədalətli və şəffaf formada keçiriləcək. Artıq seçkilər yaxınlaşır və baş verən proseslər göstərir ki, Azərbaycan xalqı əvvəlki illərdən daha fəal, daha həvəslə və ruh yüksəkliyi ilə seçkilərə gedəcək. Bu baxımdan, düşünürəm ki, seçici fəallığı daha yüksək olacaq, rekord həddə çatacaq və biz Azərbaycanda demokratiyanın növbəti təntənəsinin şahidi olacağıq”, - deyə Sahil Kərimli fikrini bildirib.

Mövzuya görə xəbərlər