Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. TurkicWorld:

Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsini dağıtması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, məntəqədə xeyli sayda fransız hərbçilərin olduğu üzə çıxıb.

“Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda onlarla fransızın olduğu xarici döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - diplomat qeyd edib.