Rəcəb Tayyib Ərdoğan Baydenin Türkiyənin F-16 alması ilə bağlı mövqeyini müsbət qiymətləndirib

Rəcəb Tayyib Ərdoğan Baydenin Türkiyənin F-16 alması ilə bağlı mövqeyini müsbət qiymətləndirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yeni F-16 təyyarələri alması məsələsinə ABŞ prezidenti Co Baydenin müsbət yanaşdığını müşahidə edib. TurkicWorld xəbər verir ki, Türkiyə lideri bunu bazar günü İtaliyanın paytaxtı Romada keçirilən G20 sammitinin yekununda deyib. "Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud olan məsələləri, ən yaxşı həll yollarını müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - deyə Ərdoğan vurğulayıb.