Son dəqiqə

Azərbaycan Türkiyə XİN

Türkiyə XİN Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.

"35 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını azadlığa qovuşdurdu. O gün Bakıda qaldırılan bayraq bu gün bütün Azərbaycan səmalarında dalğalanır! Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Mövzuya görə xəbərlər