Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyanın Şura iclasında iştirak edib

Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyanın Şura iclasında iştirak edib

Bakı. TurkicWorld:

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın (MDB PA) Şura iclası keçirilib.

TurkicWorld xəbər verir ki, iclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbirdə, həmçinin, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən təşkilata üzv ölkələrin bəzi parlament təmsilçiləri MDB PA tərəfindən təltif ediliblər.