BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Müasir Azərbaycanın qlobal dünyada iqtisadi cəhətdən inkişaf etməsi Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət maraqlarının qorunmasında prinsipial fəaliyyəti Azərbaycanın imicini daha yaxşı yerlərə gətirib.
“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarında əldə edilən qələbələr Azərbaycanın inkişafını yeni mərhələyə daşıyıb.
Vaşinqton görüşündə əldə edilən razılaşmalar Azərbaycanın və regionun inkişaf yolunda yeni üfüqlər açıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişən böyük quruculuq işləri həyata keçirilir”, - deyə o qeyd edib.





