Aİ Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşün məhsuldar olacağına ümid edir

Aİ Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşün məhsuldar olacağına ümid edir

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Belçikanın paytaxtı Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşün məhsuldar olacağına ümid edir.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar sosial şəbəkədə yazıb.

“Normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım. Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, - Toivo Klaar bildirib.